Ağdam rayonunun Baharlı qəsəbəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə sessiyası təşkil olunub.
BUTA.TV xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam rayon bölməsinin könüllüləri tərəfindən məcburi köçkünlərin yığcam şəkildə müvəqqəti məskunlaşdıqları ərazilərdə "qapı-qapı" formatında həyata keçirilən sessiyaların məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığı artırmaq, təhlükəsiz davranış vərdişlərini təşviq etmək və mümkün risklərin qarşısının alınmasına töhfə vermək olub.
Könüllülər yaşayış evlərini ziyarət edərək mina və partlamamış hərbi sursatlarla bağlı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mənası, eləcə də təhlükəli hallarla qarşılaşdıqda əməl edilməli davranış qaydaları barədə sakinlərə ətraflı məlumat veriblər. Eyni zamanda, müraciət edilə biləcək aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə məlumat təqdim olunub, maarifləndirici broşürlər paylanılıb və sakinlərin sualları cavablandırılıb.
Sakinlər həyata keçirilən maarifləndirmə sessiyalarının əhəmiyyətini yüksək qiymətləndirərək bu cür tədbirlərin onların təhlükəsizlik barədə biliklərinin artırılmasına mühüm töhfə verdiyini bildiriblər.
Qeyd edək ki, maarifləndirmə sessiyası Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.
- Sabah çimərliklərdə hava necə olacaq?
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi
- Süni intellektlə fotolar düzəldib qadınları şantaj edirdilər - Kiberpolis saxladı-Video
- Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi
- Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
- Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib