Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, Balakən şəhər İmaməddin Nəsimi adına 2 nömrəli tam orta məktəbdə internet şəbəkəsində yaşanan texniki nasazlıq səbəbindən 41 namizəd imtahanı davam etdirə bilməyib.
“Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə araşdırılıb, növbəti günlərdə təşkil ediləcək imtahanların fasiləsizliyi təmin edilmişdir.
Qeyd edək ki, sözügedən namizədlər üçün imtahan prosesi 18 iyul tarixində təşkil olunacaq. İmtahanın yenidən təşkilinə dair müvafiq bildiriş namizədlərin şəxsi səhifələrinə göndəriləcək”, - deyə məlumatda əlavə edilib.
- Qələbədən sonra duyğusal qucaqlaşma... - Video
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- İnternetdə nasazlıq yarandı - 41 nəfərin imtahanı yarımçıq qaldı
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq