Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər

22:24 - 15 İyul 2026 - GÜNDƏM

 Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər

Azad olunmuş ərazilərdə - Ağdam, Cəbrayıl və Laçında növbəti "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Teleqraf və Baku TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Şuşada artıq iki ildir "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir:

"Ağdam, Cəbrayıl və Laçında da xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bunlar regional mərkəzlər olacaq və ətraf rayonlara da xidmət göstərəcəklər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol