"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
BUTA.TV xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq.
Qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə Reykyavikdəki "Torfnesvöllur" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək.
Bakıdakı ilk matçda "köhlən atlar" 3 cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı
- Qubada 5 aylıq hamilə xəstəxanada öldü
- Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı
- Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...
- Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib
- "Qarabağ" cavab oyununa çıxır
- Nərimanovda obyektdə yanğın - Video