Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Əvvəllər bu xəstəlik yaşı 60-dan yuxarı şəxslərdə müşahidə olurdusa, indi daha aşağı yaşlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Hətta bu xəstəlikdən ölüm sayı da artıb.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən nevroloq Qalib Əsədov bildirib ki, insult xəstəliyindən əziyyət çəkənlərin sayının kəskin şəkildə artmasının əsas səbəbi stressdir.
“Son dövrlərdə insanlar çoxlu miqdarda neqativ emosialar alırlar. Həyəcan, gərginlik, gündəlik həyat tərzimiz də insultun başılıca səbəblərindən biridir. Əvvəllər bayramlarda insanlar kütləvi şəkildə povizitiv enerjiyə köklənirdilər. Bu günlərdə isə biz bayramları belə könül xoşluğu ilə keçirə bilmirik. Bu cür gərginliyin fonunda təzyiq artır, qan dövranın pozulması ağır xəstəliklərə gətirib çıxarır.
İkinci amil isə canımızın qayğısına qalmırıq. Təzyiq varsa, haramızsa ağrıyırsa, baş ağrıyırsa, baş gicəllənməsi varsa, boş şeydir deyirik. Həkimə getməklə bağlı problem yaşayırıq. Ciddi problem olduqda belə, həkimə getmək əvəzinə, kimdənsə eşitdiyimiz türkəçarə üsullarına əl atırıq. O vaxt müalicəyə keçirik ki, xəstəlik artıq ciddiləşir, xəstə artıq insult keçirmiş olur”, - Əsədov bildirib.
Nevroloq qeyd edib ki, xəstəliklərin artmasında digər məsələ qidalarımızdır:
“Azərbaycan mətbəxi çox zəngindir. Yağlı və duzlu yemək çeşidlərimiz boldur. Biz də bunlara diqqət etmədən çox yeyirik. Üstəlik bizim həyat tərzimiz yarımoturaq keçir. Çox insan işi ilə əlaqədər bütün gün kompüter arxasında olur. Bu da qan dövranın pozulmasına, onurğa əyriliyinə səbəb olur. İnsanlar təmiz havada gəzməli, bacardıqca stressdən uzaq olmalıdır”.
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat
- Əliyevlə Bediməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto
- Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama
- Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto
- Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto
- Azərbaycan XİN İraqa başsağlığı verdi