Bakıda fəaliyyət göstərən “LİBRAFF” kitab mağazaları şəbəkəsi məhkəməlik olub.
“BUTA.TV” xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozub.
Belə ki, qurumda əmək qanunvericiliyinin tələbləri pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslər işlərin görülməsinə cəlb edilib. İddia təsdiqini taparsa, “LİBRAFF” rəhbərliyini 20 min manatdan 25 min manatadək məbləğdə cərimə gözləyir.
Qeyd edək ki, işə Səbail Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. Baxış iclası martın 14-nə təyin edilib.
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim