Rusiya sülhməramlı kontingentinə məxsus daha 12 avtomobil Laçın yolundan maneəsiz keçid edib.
BUTA.TV xəbər verir ki, 1 minik, 11 yük avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 80 gündür davam edir.
- Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
- İmzaların ardınca daha bir özbək qolu - Səfər davam edir
- Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
- Macarıstanın yeni hökuməti Rusiyanı təhdid adlandırdı
- Əsgər ölümü: Ermənistanda qərargah rəisi saxlanıldı
- “Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”
- Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto
- Putin və Şara arasında telefon danışığı baş tutdu