“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı helikopterin qəzaya uğraması nəticəsində şəhid olan pilot Xəyyam Əliyevin adını daşıyan gəmi bu gün dünya sularına yola salınıb.
BUTA.TV xəbər verir ki, “Palmali Holdinq” tərəfindən təşkil olunan mərasim Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsində baş tutub.
Yolasalma mərasimində “Palmali Holdinq”in prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun dəvəti ilə Türkiyəyə təşrif buyurmuş Xəyyam Əliyevin ailə üzvləri də iştirak edib. Əvvəlcə İstanbulda, şirkətin baş ofisində onları qəbul edən M. Mənsimov şəhid atası Əlixan Əliyevə gəminin adı həkk olunmuş qızıl medalları təqdim edib. Bildirib ki, özü və rəhbərlik etdiyi şirkət nə qədər yaşayırsa, şəhidlərin adlarını hər zaman uca tutacaq, onları yaşadacaq və qürurla daşıyacaqlar.
Bu nəcib qərardan kövrələn şəhid atası oğlunun adının əbədiləşdirilməsinə görə minnətdarlığını bildirib. Bundan sonra Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsində şəhid pilot Xəyyam Əliyevin adını daşıyan gəminin suya buraxılması mərasimi keçirilib.
M.Mənsimov çıxışında bildirib ki, Dövlət Sərhəd Xidmətinin kapitanı olan Xəyyam Əliyev təqaüdə çıxandan sonra dünyanı qarış-qarış gəzməyi arzulayırmış:
“Xəyyam şəhid olsa da, onun arzusu yerinə yetirildi. İndi onun adını daşıyan gəmi bütün dünyanı gəzəcək və şəhidin arzusunu yerinə yetirəcək”.
- Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto
- Putin və Şara arasında telefon danışığı baş tutdu
- Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin
- Kremldən Köçəryanın saxlanılmasına - Reaksiya
- Pezeşkian və Putin Bişkekdə görüşəcək
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
- Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
- İrəvanın AB üzvlüyünə hazırlığı ciddi risklər yaradır - Rusiya