Bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir. Həmin qərarla dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları müəyyənləşib. Belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, I kateqoriya dövlət orqanlarında 385, II və III dövlət orqanlarında isə 365, IV və V kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, qərarda sözügedən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur:
“Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək. Bu isə o deməkdir ki, əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub. Bu qurumlara isə ali, 1, 2, 3, 4 və 5-ci kateqoriya dövlət orqanları aiddir. Bu baxımdan əgər sizin çalışdığınız qurum həmin kateqoriyalardan birinə (ali, 1, 2, 3, 4 və 5-ci kateqoriyalar) uyğundursa, sizə ödəniş nəzərdə tutulacaq. Bütövlükdə hər bir işçi çalışdığı qurumun mühasibatlığına müraciət edərək ödənişinin nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirə bilər”.
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi