Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fərqan Novruzov Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin olunub.
BUTA.TV xəbər verir ki, Fərqan Novruzov bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb.
2009-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2011-ci ildə Fransanın Strasburq Universitetinin siyasi elmlər ixtisası üzrə, 2012-ci ildə isə həmin universitetin hüquq ixtisası üzrə magistr dərəcəsini alıb. 2017-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankının hüquq departamentinin direktoru olub. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
- Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto
- Putin və Şara arasında telefon danışığı baş tutdu
- Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin
- Kremldən Köçəryanın saxlanılmasına - Reaksiya
- Pezeşkian və Putin Bişkekdə görüşəcək
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
- Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
- İrəvanın AB üzvlüyünə hazırlığı ciddi risklər yaradır - Rusiya