Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvü vəkil Əsgər Məhəmmədi Süngün mis mədəni işçilərinin hüquqlarını müdafiə etdiyi üçün təzyiqlərə məruz qalıb. Vərziqan prokurorluğu güneyli vəkilin həbsini tələb edən sənədi İkinci Cinayət Məhkəməsinə göndərib.
Bu sözləri BUTA.TV-a Azərbaycan İnsan Haqları Təşkilatının üzvü Sina Yusifi deyib.
O bildirib ki, vəkil Əsgər Məhəmmədi onlarla siyasi və mədəni fəalın məhkəmə iclasında müdafiəçi kimi çıxış edib:
“Süngün mis mədəni İranın Milli Mis Şirkəti tərəfindən istismar olunur. Müəssisənin gəliri Şərqi Azərbaycanın bir illik büdcəsinə bərabərdir. Bu böyük həcmli gəlir mərkəzə gedir və talançılıqdır. Bütün Azərbaycanın iqtisadiyatına təsir edir. Həmçinin, mədəndə çalışan işçilər ayrı-seçkiliyə məruz qalır və digər mədən işçiləri ilə müqayisədə yarıbayarı maaş alır. Buna etiraz edən mədənçilər podratçılara qarşı aksiya keçirmişdilər. İranın Milli Mis Şirkəti işçilərin bu etirazından dolayı onları məhkəməyə verdi. 40 işçi tutuldu, hətta şirkət etirazçılara qarşı 8 aydır işləri axsatdığına görə maddi təzminat davası da açmışdı. Həmkarımız Əsgər Məhəmmədi tutulan 40 nəfəri müdafiə edirdi və onların vəkili idi. Onun səyi nəticəsində işçilər həbsdən azad olundu, işlərinə bərpa edildi. Hətta qarşı tərəf 8 aydır işsiz qalan mədən işçilərinə pul da ödədilər”.
O, vəkil Əsgər Məhəmmədinin işində İran qanunlarının pozulduğuna diqqət çəkib:
“İran qanununlarına görə, vəkil müdafiə məqamında toxunulmaz sayılır. Öz müvəkkilini müdafiə etdiyinə görə şikayət və təqib oluna bilməz. Ancaq Milli Mis Şirkəti vəkil Əsgər Məhəmmədidən bir növ qisas almaq məqsədi ilə şikayət edib. Mən şahid olmuşam ki, Əsgər Məhəmmədi gündə iki dəfə işçilərin haqqını müdafiə etmək üçün Təbrizdən Vərziqana gedib. Çox heyif ki, bizim məmləkətdə haqqı müdafiə etməyin qarşılığı bu cür olur”.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi