Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığının yoxlanması üzrə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra edilib.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlərdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
- Məşhur polkovnik işdən çıxarıldı, yerinə o gətirildi
- Fevralda yaz havası neçə gün davam edəcək?
- Ata Abdullayev azadlığa çıxdı
- “RobotChallenge 2026”: Seçim mərhələsinin hazırlıq işləri davam edir
- Prezident tapşırığı: Tədris proqramında dəyişiklik olacaq?
- “Şərq-Qərb” fəaliyyətini dayandırır? - Açıqlama
- Musa Şəkiliyevin həbs müddəti uzadıldı
- Kəlbəcərdə itkin düşən şəxsin 33 il sonra nəşi tapıldı - Foto