Qərbi Azərbaycana qayıdış məsələsinin məhz indiki zamanda qaldırılması Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıq kontekstini ehtiva edir və yerinə düşür.
BUTA.TV xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.
Xələf Xələfov bildirib ki, bu qayıdış uzun illərdən bəri tək Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının arzusu və milli hədəfidir:
“Bu məsələdə populizmə yol vermək olmaz, bu məsələyə milli və dövlət mövqeyindən yanaşmaq lazımdır. Qərbi Azərbaycan icmasının potensialı çox böyükdür. Bu potensial imkan verir ki, Prezidentin irəli sürdüyü Qayıdış Konsepsiyasını yerinə yetirək. Konsepsiya sənədi XİN-in BMT-dəki daimi nümayəndəliyi vasitəsilə BMT-də rəsmi sənəd kimi yayılıb. Sənəddə zorla öz yurdlarından qovulan vətəndaşlarımızın hüquqlarının bərpası öz əksini tapıb”.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident