Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan (kupçasız) çoxmənzilli binalarda mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur.
BUTA.TV xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Belə ki, sənəddə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması təklif edilir.
Xatırladaq ki, Azərbaycanda, xüsusən də Bakı şəhəri və Abşeron rayonu ərazisində bir çox çoxmənzilli yaşayış binalarındakı mənzillər çıxarışlarla təmin olunmadığından müqavilə əsasında satışa çıxarılır. Həmin mənzillər daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayıb.
- Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
- Bakıda qanlı dava: İki ayağından bıçaqlandı
- Ağdərədə ağır qəza: yaralılar var
- Sabahın hava proqnozu açıqlandı
- Yağış, dolu, duman, 32° isti - Sabahın havası
- Bakıda qadın ərini baltaladı
- DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
- Bakıda motosikleti təhlükəli sürən sürücü saxlanıldı