Ukrayna hərbçiləri cəbhədə Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumunu məşq edən qərargah təlimləri keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Nəşrə məlumat verən mənbə bildirib ki, təlimlər ABŞ-ın Avropa və Afrikadakı ordusunun Almaniyanın Visbaden şəhərində yerləşən komanda qərargahında keçirilib.
Təlimlərdə ABŞ Prezidenti Co Baydenin ən yüksək rütbəli generalları iştirak edib.
“Qərargah təlimləri çərçivəsində ukraynalı zabitlər gələcək əks-hücum üçün ən uyğun strategiyanı hazırlamağa çalışıblar. Müxtəlif ssenarilər işlənib hazırlanıb”, - məlumatda qeyd olunub.
- Türkiyədə zəlzələ oldu
- 1645-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi
- Pakistanda yanğın: 15 körpə öldü
- Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto
- Prezident “Sabah”ı təbrik etdi
- Rusiyanın nəhəng neft emalı zavodu vuruldu - Video
- Hörmüzlə bağlı danışıqlar: 60 gün davam edəcək...