Rüfət Vətən müharibəsində necə şücaət göstərmişdisə, dünənki hadisədə qəhrəmanlıq göstərdi, təslim olmadı, xidmətini sona qədər yaralı olsa belə, yerinə yetirdi.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisi Ənvər Yusifov deyib.
O bildirib ki, R.Həşimov fəaliyyəti dövründə nümunəvi əməkdaş olub:
“Rüfət müharibədən sonra bizim idarədə fəaliyyətə başlamışdı. Çox cəsur, fədakar biri idi. Onu hansı sahəyə yönəltmişdiksə, həmişə işgüzarlığı ilə seçilmişdi. Rüfətin ölümü bizim üçün ağır itki oldu. O, nümunəvi xidmətindən əlavə həm də kollektiv arasında xüsusi hörməti olan nümunəvi əməkdaş idi. Necə ki, müharibədə şücaət göstərmişdi, həmçinin dünən hadisə baş verən zaman da qəhrəmanlıq göstərdi, təslim olmadı, xidmətini sona qədər yaralı olsa belə yerinə yetirdi. Təəssüf, qatillərin gülləsinə qurban getdi.
Şükür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qatili zərərsizləşdirdi. Rüfətə Allahdan rəhmət, yaxınlarına idarəmiz adından başsağlığı veririk”.
Qeyd edək ki, dünən Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı idi.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi