Bu gün şəhid olan baş leytenan Şəhriyar Ramiz oğlu Əlibəyli 1994-cü ildə anadan olub.
BUTA.TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, o, əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindəndir. Yasamalda, Badamdar qəsəbəsində yaşayıb.
2012-ci ildə Bakıda, Badamdardakı 236 nömrəli tam orta məкtəbi bitirib. Azərbaycan Ali Hərbi Məкtəbindən məzun olub.
2020-ci ildə İкinci Qarabağ müharibəsinin iştirakçısı olub. "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştiraкçısı" medalları ilə təltif olunub.
Ailənin tək övladı idi. Ailə qurmamışdı.
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuzun iki əsgəri - Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Erməni separatçıların 3 zabiti məhv edilib, bir nəfər isə yaralanıb.
- İlham Əliyev yerli kanallara müsahibə verdi - VİDEO
- Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...
- Aşıq Namiq: Erməni mahnısı oxumusan, toyda bığını qırxıblar
- Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
- Abonentlərin nəzərinə: Bəzi ərazilərdə qaz kəsiləcək!
- Bu telekanalın yayımı 24 saatlıq dayandırılır
- "Sea Breeze"də 500 min kvadrmetr yer alan biznesmen kimdir?
- Hərbi Hava Qüvvələrində yoxlamalar keçirildi