Xəbər verdiyimiz kimi, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatın yoxlanması məqsədilə Azərbaycan Ordusunun bölmələri UAZ markalı avtomobili saxlamağa cəhd göstərib.
BUTA.TV xəbər verir ki, bu zaman UAZ maşınında olan erməni mənşəli şəxslər atəş açıb və əsgərlərimizdən ikisi şəhid olub. Cavab atəşi ilə erməni separatçı-terrorçulardan 3-ü yerindəcə məhv edilib, bir nəfər isə yaralanıb.
Erməni təbliğat maşını ötən gündən video yayaraq, guya həmin şəxslərin "artsaxın pasport-qeydiyyat şöbəsinin əməkdaşları" olduğu, maşında isə heç bir silah-sursat daşınmadığı haqda iddia paylaşırlar.
"Kalibr" sözügedən yolla silah daşındığını sübut edən video paylaşıb.
“Gördüyümüz kimi, silah daşınması gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur. Belə ki, əgər ilk saniyələrdə Xankəndidən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə Ermənistandan Xankəndiyə doğru hərəkət edir. 46-cı saniyədən - yenə Xankəndidən Ermənistana doğru hərəkət var. Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur. O yol da mülki yüklərin və mülki şəxslərin daşınmasına xidmət etməlidir. Ona görə də Bakı bu yol boyu rabitənin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürür. Ermənistan ölkəmizə qarşı təcavüzkar işğalçılıq siyasətindən əl çəkmir, Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini qaçaqmalçılıq yolu ilə qidalandırmaqda davam edir, nəticədə dünən hərbçilərimiz şəhid olub”, - məlumatda deyilir.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi