1955-ci ilin 6 martı. Ankara. Məmməd Əmin Rəsulzadə yataqda son anlarını yaşayır. Başı üstündə şəxsi həkimi Məhəmməd Kəngərli, xanımı Leyla Rəsulzadə və bir neçə yaxın adam durub. Çətinliklə nəfəs alan Rəsulzadənin yaşaması üçün dua edirlər.
Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
“Rəsulzadə bütün gücünü toplayıb, əlini qaldırıb Məhəmməd Kəngərliyə divarı işarə edir. Orda asılan Azərbaycan bayrağını göstərir. Sonra əlini aparıb ürəyi üstünə qoyur.
Bir az sonra Şərqdə, müsəlman dünyasında ilk demokratik dövlətin ideya müəllifi, böyük millətin böyük oğlu gözlərini yumur. Bu son anda onun yanında olan, onun gözlərini bağlayan Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi Məhəmməd Kəngərlinin onun ölümündən sonrakı vəziyyəti haqqında deyir: “Biz hamımız onun üzünə heyrətlə baxırdıq. Çünki dünyadan köçən insanın üzünün nuru hədsiz parlaq idi...” – o bildirib.
- Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...
- F-16-ların göyərtəsindən Bakı belə görünür - Video
- Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...
- Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov
- Prezidentdən hərbi paradla bağlı paylaşım - Video
- Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov