Hər il ənənəvi olaraq martdan avqust ayınadək fərdi həyət evləri və torpaq sahələrində müştəri bolluğu yarandığı üçün qiymət artımı baş verir. Artıq torpaq və əmlak bazarında nisbətən qiymət artımları başlayıb. Yəni qiymət artımları tam olaraq zəlzələnin yaratdığı narahatlıqla əlaqədar deyil.
Bu sözləri BUTA.TV-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev həyət evlərinin qiymətinin artması ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, hazırda bina evlərinin qiymətlərində də artım müşahidə olunur:
“Səbəb isə tikinti sahələrinin azalmasıdır. Tikinti sahələrinin azalmasına əsas səbəb çoxmənzilli binaların tikintisi üçün torpaq sahələrinin olmaması və ya çox baha olmasıdır. Statistikaya baxsaq görərik ki, hər il torpaq sahələrinin qiyməti artdığına görə yeni tikili binalarda da qiymət artımı baş verir. Düşünürəm ki, bu proses uzun müddət davam edəcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə həyət evlərinin qiymətinin bahalaşmasına səbəb kimi Türkiyədə baş verən zəlzələdən doğan narahatlıq göstərilir.
- “Vosmoy bazarı”nda satışa niyə qadağa qoyulub? - Video
- İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi
- Gəncədə sürücü sükan arxasında ürəktutmadan öldü
- Berlində vəziyyət o həddə çatıb ki, bu yola əl atırlar - Video
- DİM bu şəxslər üçün ixtisas imtahanı keçirdi
- Zakir Fərəcov bu alman şəhərinin meri ilə görüşdü - Foto
- Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix - Açıqlandı
- Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı