Dövlətimiz atdığı addımlarla sülh istədiyini nümayiş etdirir. Ona görə də Ermənistan Azərbaycandan nəsə istəyə bilməz, çünki subyekt deyil, obyektdir. Bu ölkə son vaxtlar karvansaraya dönüb. Kim istəyir gəlir, kim istəyir orada özünün hərbi missiyasını yerləşdirir. Yəni Ermənistanın beynəlxalq arenada belə addımlara qarşı çıxmağa gücü və cəsarəti yoxdur. Çünki özü maşadır. Gah İranın, gah ABŞ-ın, gah Fransa, gah da Rusiyanın dirijor çubuğu ilə oturub durur. Nəticə etibarilə rəsmi İrəvan üzərindən proseslərə müdaxilə edənlər bölgədə xaosun olmasını istəyirlər.
Bu sözləri BUTA.TV-a son iki gündə törədilən erməni təxribatları haqda danışan Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı, siyasi şərhçi Rizvan Hüseynov deyib.
Siyasi şərhçi Azərbaycanın haqlı şəkildə Ermənistana qarşı daha çox hərbi-siyasi üslubdan istifadə etdiyini vurğulayıb:
“Əfsuslar olsun ki, biz danışıqlar prosesinin daha çox hərbi-siyasi metodlar ilə irəlilədiyini görürük. Ermənistanın başından dəmir yumruq əskik olan kimi danışıqlar dalana dirənir və Paşinyan hökuməti sərsəmləməyə başlayır. Separatçılar rus sülhməramlıların gözü qarşısında özlərinə mövqe qurur, Ermənistandan silah daşıyırlar. Azərbaycan isə öz cavabını sözlə yox, əməllə verir. Dünən baş verənlərin də mahiyyəti budur. Biz bütün təxribatlara hazır olmalıyıq. Çünki qarşıdakı həftələrdə baş verən təxribatların siyasətə də öz təsiri olacaq. Artıq Azərbaycana gələn xarici ölkə nümayəndələrinin sayının artması da bunu sübut edir. Lakin bütün hallarda əsas olan Ermənistanın yox, bizim nə istəməyimiz və sərgiləyəcəyimiz mövqedir. Dövlətimizin də mövqeyi və tələbləri aydındır”.
- Azərbaycan və ABŞ arasında birgə investisiya platforması...
- Tarasov Zəngəzur barədə: İranı bu söz qorxudur
- Çərçivə Sazişi ilə bağlı mühüm açıqlama
- NK-da Əliyevin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas...
- Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
- Erməni mediası: "İlham, sən böyük lidersən" - Foto
- İlham Əliyev bu xəbərlə Azərbaycan xalqını sevindirdi
- Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək