Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ən az inkişaf etmiş ölkələr üzrə Beşinci Konfransında iştirakı çərçivəsində Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirley Ayorkor Botçvey ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşün əvvəlində C.Bayramov qanalı həmkarını bu ölkənin milli günü münasibətilə təbrik edib və dost Qana xalqına tərəqqi, sülh və əmin-amanlıq arzu edib.
Daha sonra tərəflər ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyinə daxil olan məsələlər barədə fikir mübadiləsi aparıb və gələcək potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
C.Bayramov BMT Təhlükəsizlik Şurasının hazırkı qeyri-daimi üzvlərindən biri qismində Qanadan olan həmkarını post-münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, eləcə də regionda hazırkı təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıb. Bildirilib ki, Ermənistan tərəfinin davam edən hərbi təxribatları, o cümlədən 5 mart tarixində baş vermiş insident bir daha göstərir ki, bu ölkə regionda davamlı sülhün əldə olunmasında və Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı deyil.
Görüşdə o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Hərəkatın təsisçi dövlətlərindən biri kimi Qananın QH-nin fəaliyyətində aktiv iştirakı vurğulanaraq, müqabil tərəf bir neçə gün əvvəl Bakıda baş tutmuş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü və onun nəticələri barədə məlumatlandırılıb.
Tərəflər görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
- “Vosmoy bazarı”nda satışa niyə qadağa qoyulub? - Video
- İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi
- Gəncədə sürücü sükan arxasında ürəktutmadan öldü
- Berlində vəziyyət o həddə çatıb ki, bu yola əl atırlar - Video
- DİM bu şəxslər üçün ixtisas imtahanı keçirdi
- Zakir Fərəcov bu alman şəhərinin meri ilə görüşdü - Foto
- Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix - Açıqlandı
- Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı