Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Mukaap” adlı Kəbəyə bənzər əyləncə və istirahət mərkəzi tikiləcək.
BUTA.TV xəbər verir ki, bu haqda vəliəhd şahzadə Məhəmməd bin Salman deyib.
“Bina “Murabba” adlı layihənin tərkib hissəsidir. Layihə ilə ən müasir formada şəhər mərkəzi qurulması nəzərdə tutulur. “Mukaap”ın hündürlük və uzunluğu 400 metr olacaq. Müasir texnologiya vasitəsilə onun içərisində dünyanın bir çox yerində mövcud olan iqlim şəraiti yaradılacaq, eyni zamanda 80-dən çox əyləncə və mədəniyyət mərkəzi, teatr, hətta universitet də olacaq”, - şahzadə bildirib.
Binanın 2030-cu ilədək tamamlanması gözlənilir. Bina Kəbəyə bənzədiyi üçün tikintisi müsəlmanlar tərəfindən sərt şəkildə tənqid olunur.
- Şok: MKİ direktoru Putinə xəbərdarlıq etmək üçün gəlib!
- Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi