Marşrut avtobusları artıq getdiyi yerdə yanır... - Ekspert

09:32 - 8 Mart 2023 - GÜNDƏM

 Marşrut avtobusları artıq getdiyi yerdə yanır... - Ekspert

Artıq neçə illərdir ki, ictimai nəqliyyat böhran vəziyyətindədir. Pandemiya dövrü isə prosesi daha da dərinləşdirdi. Bunun əsas göstəricilərindən biri məhz avtobus parkının vəziyyətidir. Belə ki, avtobus parkı köhnəlir və istismara yararsız hala düşür. Ancaq maliyyə mənbələrinin yetərsizliyindən yenilənmir.

Bu sözləri BUTA.TV-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov deyib.

“İqtisadçılar bu gün əhalinin ictimai nəqliyyatdan istifadə səviyyəsi və yığılan gediş haqlarının avtobus parkının yenilənməsi üçün investisiyaların qoyulmasına kifayət etmədiyini bildirir. Ona görə də dövlət bunun üçün başqa bir çarə tapmalıdır. Burada ən böyük problem ölkəmizdə hələ də nəqliyyat sahəsində vahid dövlət siyasətinin müəyyən olunmamasıdır. Siyasət müəyyən olunmadığı üçün də təbii ki, onu icra edən də yoxdur.

Bu məsələlərdə ilk növbədə məsul qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və müəyyən məsələlərdə Baş Dövlət Yol Polisi İdarəsidir. Nəqliyyat sahəsiylə bağlı Nazirlər Kabinetinin ayrıca şöbəsi mövcuddur. Həmin şöbənin rəhbərliyi altında vahid dövlət siyasəti müəyyən olunmalıdır. Dövlət siyasətində konkret konturların gələcək perspektivlərin necə olacağı göstərilməlidir. Dünya təcrübəsindən aydındır ki, bu sahənin inkişafı dövlət dəstəyi olmadan sadəcə gediş haqları hesabına mümkün deyil. Çünki gələn vəsaitlərin çoxalması üçün gediş haqqını qaldıranda sərnişinlər taksilərə üz tutur. Azərbaycanda hazırda bu vəziyyət yaşanır. Yaxud imkanı olan-olmayan şəxs çətin kredit şərtləri ilə fərdi avtomobil alıb istifadə edir. Bu da ictimai nəqliyyatda maliyyələşmənin azalmasına səbəb olur. Ona görə də vahid dövlət siyasəti yaradılmalıdır”, - ekspert bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

Hüquqşünas xatırladıb ki, artıq neçə illərdir ekspertlər ictimai nəqliyyatdakı vəziyyətlə bağlı xəbərdarlıq edir:

“Hazırda bu sahə nəinki çökür, hətta avtobuslar heç bir səbəb olmadan getdiyi yerdə yanmağa da başlayıb. Çünki görünür, həmin avtobuslar ən minimal istismar şərtlərinə belə uyğun saxlanmır. Bu sahədə adıçəkilən qurumlar ciddi düşünməli və radikal dönüş yarada biləcək işlər görməlidirlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol