Tiflisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 133 nəfərə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Martın 7-8-də parlamentin yaxınlığında keçirilən etiraz aksiyası zamanı baş vermiş qanun pozuntuları, xüsusilə də polis əməkdaşlarına hücum faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə bir nəfər saxlanılıb. İnzibati qaydada saxlanılanların sayı isə 133-ə çatıb”, - məlumatda deyilir.
Qeyd edək ki, aksiyalarının səbəbi etirazçıların “Xarici agentlər haqqında” qanunun qəbul edilməsinə qarşı olmalarıdır.
Gürcüstan hakimiyyəti qanun layihəsini artıq geri çəkdiyini elan edib.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident