“Türk Nikol” məni İrəvana buraxmadı...

16:44 - 9 Mart 2023 - GÜNDƏM

 “Türk Nikol” məni İrəvana buraxmadı...

Erməni əsilli rusiyalı jurnalist Aram Qabrelyanov sosial şəbəkələrdə Baş nazir Nikol Paşinyanı ona Ermənistana girişinə qadağa qoymasına görə tənqid atəşinə tutub.

BUTA.TV Qabrelyanovun Paşinyanı tənqid edən fikirlərini təqdim edir:

“Mən gənc erməni jurnalistlərdən üzr istəyirəm. Əlimdən gələni etdim, amma Ermənistan hakimiyyəti ciddi şəkildə qorxdu. Əslində, ermənini, xüsusən də ikinci erməni vətəndaşlığı olanı Ermənistana buraxmamaq, sadəcə olaraq, adamın ağlına sığmır.

Təbii, bilirdim ki, Paşinyan Betmən deyil, amma onun bu qədər cılız və qorxaq olduğunu da gözləmirdim. O, Rusiya və rus xalqı ilə qardaşlıq münasibətlərini pozmağa cəhd edir. Əbəs yerə deyil, hətta təhlükəsizlik qüvvələri də ona “Türk Nikol” deyirlər. Amma siz təslim olmamalısınız. Hələ şans olacaq. Əsas odur ki, əsl ermənilərin on faizi olsa belə, vətən uğrunda mübarizəni davam etdirir. Bizə əcdadlarımızın vətəninin böyük tarixi ilə fəxr etməyi öyrədirdilər. Nikollar gəlir və gedir. Hər şey yaxşı olacaq!

Bu xəbər hal-hazırda çox oxunur
Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

Bununla belə, mən Ermənistan hökumətini məhkəməyə verəcəm və onları məni Ermənistana buraxmağa məcbur edəcəm. Bilmirəm, Paşinyan ulu babasının kim olduğunu bilir, ya yox, amma mənim ulu babam Nikolay Tatevdəki kilsənin rektoru olub. Qoymayın ki, evsizlər məni atamın vətənindən məhrum etsin”.

Qeyd edək ki, Aram Qabrelyanov Ermənistanda jurnalistlər üçün təşkil edilən təlim çərçivəsində mühazirə oxumalı idi. Lakin o, arzuolunmaz şəxs kimi İrəvana buraxılmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol