Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şərq Hərbi Dairəsinin komandanı, general-polkovnik Rüstəm Muradova Müdafiə Nazirliyinə qarşı tənqidləri azaltmaq üçün nəyin bahasına olursa-olsun, Uqledarı almağı əmr edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Bir müddət öncə Şoyqu Uqledara hücumun mümkünlüyü ilə bağlı Donetsk vilayətinin qərbində Muradovu ziyarət edib”, - hesabatda qeyd olunub.
İnstitutun analitikləri bildiriblər ki, Muradova Şoyqunun tapşırıqlarını yerinə yetirməsi üçün çoxlu sayda canlı qüvvə və texnika lazımdır. 155-ci Hərbi Dəniz Piyada Briqadasının 136-cı Motoatıcı Briqada ilə əvəzlənməsi isə Rusiya ordusunu qüvvə ilə təmin etməyəcək.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident