AB 2023-cü ilin mart ayına kimi sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının 20,9 milyard avroluq aktivlərini dondurub. 2022-ci ilin oktyabrında isə bu məbləğ 17,4 milyard avro təşkil edirdi.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Ukrayna-Rusiya müharibəsindən əvvəl, 2019-cu ildə Rusiyanın AB-yə yatırdığı investisiyaların ümumi həcmi 136 milyard avro dəyərində qiymətləndirilirdi. Beləliklə, AB daha 115 milyard avronu tapmalı və dondurmalıdır. Avropa hakimiyyəti aktivlərin axtarışı mexanizmlərini təkmilləşdirməyə çalışır. 2022-ci ilin martında yaradılmış xüsusi işçi qrupu AB-də Rusiyanın aktivlərinin axtarışı ilə məşğuldur”, - məlumatda deyilir.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident