Mingəçevir su anbarına daxil olan suyun həcmi son 4 ildə 50 faizə qədər azalıb.
BUTA.TV xəbər verir ki, bunu bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, 2018-ci ildə anbara 823 milyon kub su daxil olurdusa, 2022-ci ildə bu rəqəm 455 milyona düşüb.
“Bunun səbəbi yağıntıların az olması və transsərhəd çaylarla ötürülən suyun həcminin aşağı düşməsidir. Əvvəlki illərlə müqayisədə anbara daha artıq su toplaya bilmişik ki, yay aylarında sərf edə bilək”, - nazir müavini əlavə edib.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident