Sabah İran kimi fəaliyyətləri proqnozlaşdırılmayan molla rejiminin əlində nüvə silahı olarsa, bunun dünyaya nə qədər təhdid olduğunu açıqlamağa ehtiyac yoxdur. Çünki bu, hər kəs üçün aydındır. Ona görə də İsrail müdafiə nazirinin səsləndirdiyi bəyanatlar bunu deməyə əsas verir ki, böyük ehtimal yaxın günlərdə İranın nüvə tədqiqatları və zənginləşdirilməsi ilə məşğul olan obyektlərinə preventiv zərbələr endiriləcək. Həmçinin, bu işdə ABŞ qüvvələrinin də iştirakı mümkündür. Lakin genişmiqyaslı müharibənin başlayacağını düşünmürəm.
Bu sözləri BUTA.TV-a son dövrlər İsrail rəsmilərinin “İrana qarşı bütün variantlar nəzərdən keçirilir” bəyanatı haqda danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Ə.Verdiyev bildirib ki, bu gün İranın nüvə silahına bu qədər yaxınlaşmasının əsas günahkarlarından biri məhz MAQATE-dir:
“Həmçinin, səbəbkarlar arasında onun rəhbəri Rafael Qrossi və ya onun vəzifəsində daha əvvəl çalışan digər məmurlar var. Nəticə etibarı ilə bu gün İran nüvə silahı üçün zəruri olan zənginləşdirilmiş uranın bir addımlığındadır. Bəlkə də artıq onu əldə edib. İllərdir İrana gedib-gələn komissiyalar, MAQATE rəsmiləri və s. indiyədək ortaya normal sənəd çıxarıb, İranın nüvə silahını əldə etməyə yaxın olduğunu açıqlamadı. Nədənsə onu daha çox müdafiə etməyə çalışdılar. Bu gün isə İran regional təhdiddən qlobal təhdidə çevrilib. Bu, təbii ki, yalnız Azərbaycanı və regionda olan ölkələri yox, böyük təşkilatları, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurasını narahat etməlidir. Ancaq əfsuslar olsun ki, hələ də R.Qrossi kimi İranın nüvə obyektlərinə hücumu qanunsuz hesab edən şəxslər tapılır”.
- “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - Foto
- Bakıda qaya parçaları yola sürüşdü, ərazi nəzarətə götürüldü
- Bu məşhur şirkət gömrük qaydalarını pozdu və cərimələndi
- DİM bu imtahanın nəticələrini açıqladı
- Sabah Albalılıq qəsəbəsində işıq olmayacaq
- Bakı-Laçın-Bakı avtobusunun hərəkəti dəyişdirilir
- Bakıda binanın balkonu uçdu
- Zərifə Abbasova ölkədən qaçıb - İnterpol onu axtarır