Ermənistan müdafiə naziri Suren Papikyan sərhəd xəttinin cənub-qərb (Naxçıvan sərhədi – red.) hissəsinə gəlib, döyüş mövqelərinə baxış keçirib.
BUTA.TV Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüş növbətçiliyinə baxış keçirən nazir şəxsi heyətlə də söhbət edib.
Hərbi hissə komandirləri sərhəddəki vəziyyətlə bağlı nazirə məlumat veriblər.
Papikyan şəxsi heyətin döyüş hazırlığının səviyyəsi, məişət şəraiti ilə maraqlanıb, təhlükəsizlik qaydalarına riayət olunması istiqamətində görülən işlər barədə məruzələri dinləyib.
Müdafiə naziri həmçinin cəbhə xəttində yeni infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı işləri də müşahidə edib.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident