20 ildir bu söhbətlər danışılır, hər dəfə motivasiyası və narahatlıq doğuran məqamları artır. Lakin bunun Tehran hökumətinə qarşı ciddi və böyük miqyasda əməliyyata nə zaman çevriləcəyini demək çətindir.
Bu sözləri BUTA.TV-a tanınmış güneyli jurnalist və siyasi ekspert Əlirza Ərdəbilli İsrailin İranla bağlı bütün variantların nəzərdən keçirildiyi barədə açıqlamasına münasibət bildirərkən deyib.
O bildirib ki, İsrail və ABŞ rəsmilərinin səsləndirdiyi fikirlər İrana qarşı atılacaq konkret addımlardan daha çox, mesaj xarakterlidir:
“Neçə illərdir söz-söhbət gəzir ki, Amerika İrana hücum edəcək. Amerikalı jurnalist Seymur Herşin bununla bağlı hələ illər əvvəl ifşaeidci məqaləsi vardı. Amerikanın, İsrailin tezliklə İrana hücum edəcəklərini digər jurnalistlər də yazırdılar. Belə söz-söhbət çoxdur. Demək olmaz ki, heç nə irəli getmir. Lakin bəlli nöqtəyə yetişəcək səviyyədə deyil”.
O, İsrailin İran ərazisində hər hansı əməliyyat həyata keçirməsinin gözlənilmədiyini bildirsə də, Suriyadakı hücumlara diqqət çəkib:
“İsrail Suriyada İranın mövqelərini təzəlikcə vurdu. Dəhşətli hücum oldu, inanılmaz zərbələr endirildi. Gözlədiyimiz pik nöqtə ilə bağlı isə irəliləyişlər yoxdur. Məsələn, F-16-larla, dronlarla İsrail İranın nüvə obyektlərinə, sənayesinə zərbə endirəcək, ya yox, bununla bağlı heç kim heç nə deyə bilməz. Məlumatlar da qəsdən sızdırılır. Məqsəd isə həqiqətən zərbələr endirmək deyil, İran rejiminə mesajdır ki, əl-ayağını yığışdırsın. Təzyiq altında saxlamaq istəyirlər”.
- Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi - İnanılmaz
- Azərbaycan UNESKO komitəsinə üzv seçildi
- Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
- Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi
- Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants
- Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...
- F-16-ların göyərtəsindən Bakı belə görünür - Video
- Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...