Novruz bayramı ilə əlaqədar təşkil olunan “Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarka 11-19 mart tarixlərində fəaliyyət göstərəcək. Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
BUTA.TV xəbər verir ki, “Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur. Yarmarkaya ümumilikdə 50 regiondan 82 fermer qatılıb. Fermerlər yarmarkada alıcılara 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları təklif edir.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
“Kənddən Şəhərə” Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib.
“Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi - İnanılmaz
- Azərbaycan UNESKO komitəsinə üzv seçildi
- Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
- Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi
- Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants
- Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...
- F-16-ların göyərtəsindən Bakı belə görünür - Video
- Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...