Rusiyada Azərbaycandan olan xüsusi təhlükəli cinayətkar saxlanılıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, o, avtomobili yoxlamaq üçün Moskva dairəvi yolunda dayanmaq tələbinə məhəl qoymayıb.
Bundan sonra polis qanun pozucusunu təqib etməyə başlayıb. Cinayətkar avtomobili yaşayış evlərinin birinin yaxınlığında qoyaraq qaçmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq atəşi açaraq onu dayanmağa məcbur ediblər.
Polis axtarış zamanı cinayətkarın üzərində silah tapıb. Məlum olub ki, həmin şəxs eyni vaxtda bir neçə ölkədə axtarışda olan Cabbar Yusifidir. Onun adı Ukrayna vətəndaşının qəsdən öldürülməsinə görə İnterpolun məlumat bazasındadır. Bundan əlavə, 29 yaşlı gəncin adı qanunsuz silah saxladığı üçün Rusiya bazasında qeydiyyatdadır.
Xatırladaq ki, Cabbar Yusifi Ukraynanın Dnepropetrovsk şəhərində 2021-ci il aprelin 22-də nümayişkaranə qətl həyata keçirib. Belə ki, 42 yaşlı Anar Xudakərim oğlu Məmmədovu azyaşlı uşağının yanında güllələyərək, hadisə yerindən qaçıb.
Cabbar Yusifi özü peşəkar idmançıdır, dəfələrlə əlbəyaxa döyüş və yunan-roma güləşi üzrə yarışlarda iştirak edib.
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir