İranın Azərbaycan sərhədində döyüş təyyarəsi ilə törətdiyi təxribatın məqsədi, bəllidir ki, Bakını hədələməkdir və davamlı olacağı istisna deyil. Son günlər “Azərbaycan İrana zərbə endirmək üçün İsrailə platforma verib” iddiasının tirajlanması da bu kontekstdə təsadüfi sayılmamalıdır. Və bu iddiaların mənbəyinin Qərbdə olması maraqlıdır. Misal üçün, erməni lobbisinin üzvü kimi tanınan amerikalı konqresmen Eliot Engel bu yaxınlarda belə bir açıqlama vermiş, Ermənistan və İran mediası ona “istinadən” tirajlamışdı.
Bu iddiaların 3 məqsədi var:
Birincisi, İranın Azərbaycana qarşı ittihamlarına “istinad nöqtəsi” yaradılır;
İkincisi, Bakıya qarşı təzyiq halqasını genişləndirərək, Ermənistana qarşı mümkün addımlardan çəkindirir;
Üçüncüsü, İsrailin İrana hərbi müdaxiləsini dəstəkləməyən qüvvələr Tehrana önləyici addımlar atmaq üçün “pas ötürür” və antiiran koalisiyasının genişlənməsinin qarşısını alırlar.
Kifayət qədər mürəkkəb oyun gedir.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...