Türkiyə F-16-ları Bakıya göndərə bilər - Korgeneral

10:02 - 12 Mart 2023 - GÜNDƏM

 Türkiyə F-16-ları Bakıya göndərə bilər - Korgeneral

Döyüş təyyarələri qonşu ölkələrin sərhədini pozmadan ölkə daxilində müəyyən qaydalar çərçivəsində sərbəst uça bilər. Sərhəd pozulduğu təqdirdə isə ölkə başçısının, müdafiə naziri və komandanların əmri əsasında qırıcılar qaldırılır, lazımi cavab verilir.

Bu sözləri BUTA.TV-a İranın döyüş təyyarəsinin Azərbaycanla sərhəd boyunca və onun üzərindən uçuş həyata keçirtməsi haqqında danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib.

General-polkovnik artıq Şuşa Bəyannaməsi əsasında müəyyən addımların atılmasının vaxtının çatdığını vurğulayıb:

“İran Rusiyanın bölgədə zəifləməsindən istifadə edib, Ermənistanda onun yerinə doldurmağa çalışır. Hətta may ayınadək 4000 terrorçunun Qarabağa daşınması planı ilə bağlı məlumatlar var.

Bu xəbər hal-hazırda çox oxunur
Paşinyanın Peterburq xahişinin sensasion səbəbi

Sözügedən məsələ ilə bağlı iki il öncə də danışmışdıq. Tehran İrəvanın neft və qaz, eyni zamanda digər ehtiyaclarını qarşılamaq yolu ilə dividentlər əldə etməyə çalışır. Paşinyan hakimiyyətinin artıq İrandan asılı olduğu məqamlar var. İran həm birbaşa, həm də Ermənistan üzərindən təxribatlar törədərək düşmənçiliyi artırır. ABŞ, Fransa, Rusiya da məlum olduğu kimi, Ermənistanı dəstəkləyir. Suriyada bu yaxınlarda İranla bağlı genişmiqyaslı toqquşma gözlənilir. Yaxın zamanda PKK, YPG və İrana bağlı silahlı qruplar arasında başlayan döyüşlərin şahidi olacağıq. Meydana gələn təxribat və hadisələr yalnız İran-Azərbaycan məsələsi deyil. Bölgədə artıq tərəflər bəllidir və onlar bir-biri ilə mübarizə aparır. Şuşa Bəyannaməsi açıq şəkildə ortadadır. Əgər ehtiyac yaransa, Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəvət ediləcək. Məsələn, Türkiyədən bir F-16 eskadronunun Azərbaycana göndərilməsi və onların mümkün təcavüzlərə lazımi cavabı verməsi mümkündür. Hazırda Türkiyə və Azərbaycan müdafiə sahəsində tək ölkə kimi hərəkət edir. Artıq Bəyannamə çərçivəsində bir sıra addımların atılmasının vaxtının çatdığını düşünürəm”.

Qeyd edək ki, 11 martda İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi XİN-ə çağrılıb, ona müvafiq nota təqdim edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol