İsrailin sabiq baş naziri Ehud Olmertin Bakıda jurnalistlərə açıqlamasında dediyi “İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir” sözlərinə Tehranın Bakıdakı səfiri Seyid Abbas Musəvi hədə ilə cavab verib.
BUTA.TV xəbər verir ki, İran səfiri Ehud Olmertin sözlərini İran raketlərinin fonunda paylaşıb və İncildən bu sözləri yazıb:
“Həkim öz özünü sağaltmalıdır”.
Latınca olan bu sözün mənası insanın öz qüsurunu düzəltməli olduğu haqda nəsihət olsa da, Musəvinin İranın hərbi arsenalını nümayiş etdirən fotonu bu sözlərə əlavə etməsi tam fərqli anlama gəlir.
Qeyd edək ki, Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında “İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir” deyib və əlavə edib ki, Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır: "Azərbaycan Ordusu son bir neçə ildə öz gücünü sübut edib, ölkənin ərazi bütövlüyünü bərpa edib".
- Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
- Erməni mediası: "İlham, sən böyük lidersən" - Foto
- İlham Əliyev bu xəbərlə Azərbaycan xalqını sevindirdi
- Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək
- Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir
- Paşinyan Bakı ilə razılaşmadan danışdı
- Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
- KİV: İrəvan Bakı qarşısında silahlarla bağlı öhdəlik götürüb