Dərsliklərdəki biabırçı səhvlər – Alim yazdı

20:28 - 12 Mart 2023 - GÜNDƏM

 Dərsliklərdəki biabırçı səhvlər – Alim yazdı

Tarixçi alim Zaur Əliyev tarix dərsliklərində olan səhvlərdən bir neçəsini yazaraq, Elm və Təhsil Nazirliyinə müraciət müraciət edib.

Kult.az xəbər verir ki, Z.Əliyev 3 səhvi fakt kimi göstərib:

1. 8-ci sinif dərsliyinin 136-cı səhifəsində Ağsu şəhərinin 18-ci əsrin ikinci yarısında yaranması haqda məlumat gedir. Halbuki Nadir şah 1734-cü ildə Şamaxı əhalisini “Yeni Şamaxı” adı ilə Ağsuya köçürüb. Belədə Ağsu şəhərinin yaranması necə 18-ci əsrin ikinci yarısına aid edilə bilər?

2. İkinci Səlib yürüşü (1147-1149) ilə bağlı qeyd edilir ki, guya ingilis və fransız krallar Qüdsü ələ keçirmək istəyir, ancaq bu istəkləri baş tutmur.

Bu xəbər hal-hazırda çox oxunur
Paşinyanın Peterburq xahişinin sensasion səbəbi

Halbuki Qüdsü Təbəriyyə döyüşündən sonra – 1187-ci ildə Səlahəddin Əyyubi azad etmişdi. O vaxta qədər Qüds xristianların əlində idisə, Qüdsü necə ələ keçirmək istəyiblər?

Fransa və İngiltərə kralları Üçüncü Səlib yürüşündə (1189-92) Qüdsü geri qaytarmaq istəyirlər, ancaq buna nail ola bilmirlər.

3. 7-ci sinfin “Ümumi tarix” kitabında bildirilir: “Ərəblərin İspaniyanı ələ keçirməsindən sonra bütün papalar xristianları və müsəlmanları İspaniyadan qovub çıxarmaq üçün xaçlı yürüşünə çağırırdılar”.

Papalar xristianları niyə qovmaq istəsinlər ki? Bu, yəhudilər və müsəlmanlara aiddir. Osmanlıya qaçan yəhudilər də İspaniyadan qovulanlardır.

Dosent Zaur Əliyev bu kitablara rəy verən elmi şuraları tənqid edib və nazirliyi bu cür primitiv səhvləri aradan qaldırmağa çağırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol