İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstanda Rusiya üçün “ikinci cəbhə” açılmasına və Rusiya-Ukrayna müharibəsinə qoşulmağa imkan verməyəcəklər. Bu, son aksiyalar və mümkün inqilab təhlükəsi fonunda gürcü xalqının dəstəyini qazanmağa hesablanmış “bizi devirsələr, Gürcüstanı müharibəyə qoşacaqlar” mesajı da ola bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
“Hərçənd, “ikinci cəbhəyə imkan verməyəcəyik” açıqlaması Rusiya-Qərbə qarşıdurmasında rəsmi Tiflisin tərəfini elan etməsi, Qərbə qarşı açıq mübarizə çağırışıdır. Və belə görünür ki, qonşumuzda küçədən keçəcək uzunmüddətli mübarizə mərhələsi başlayacaq”, - o bildirib.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident