Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martın 13-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində bəzi magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a bildirilib ki, qatı duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
- Keçmiş rəis qəfil öldü - Foto
- Qar yarım milyonluq sığorta zərərinə səbəb oldu
- Bu yolda sürət həddi endirildi
- AzTV-nin yaranmasından 70 il ötür
- Aeroport yolunda söküntü işləri başladı
- Almaniyada azərbaycanlılara belə münasibət göstərirlər...
- İlham Əliyev yerli kanallara müsahibə verdi - VİDEO
- Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...