Böyük Britaniya hökuməti Ukraynadakı münaqişə fonunda qarşıdakı iki il ərzində müdafiə xərclərini 5 milyard funt sterlinq (6 milyard dollar) artıracaq.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, 3 milyard funt-sterlinq (3,6 milyard dollar) nüvənin qarşısının alınması qüvvələrinin inkişafı üçün istifadə olunacaq, qalan məbləğ isə Ukraynaya ötürülən sursat və silah ehtiyatlarının artırılmasına yönəldiləcək:
“Uzunmüddətli perspektivdə Böyük Britaniya hərbi xərclərini ÜDM-in 2,5%-nə (hazırda 2%-dən bir qədər çoxdur) çatdırmaq istəyir. 2025-ci ildən sonra müdafiə büdcəsi daha da artırılacaq”.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident