Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərbi kortejin növbəti hərəkəti qeydə alınıb.
BUTA.TV Minval.az-a istinadla xəbər verir ki, görüntülərdə Rusiya sülhməramlı kontingentinin 2 UAZ “Patriot” markalı avtomobilinin ermənilərə məxsus və hərbi məqsədlər üçün nəzərdə tutulmuş 3 UAZ avtomobilini müşayiət etməsi qeydə alınıb.
Hərbi texnika karvanı Xəlfəli yolu ilə Ermənistandan Xankəndi istiqamətinə hərəkət edir.
Rusiya Müdafiə Nazirliyi yaydığı bülletendə bildirib ki, sülhməramlılar Gorus-Xankəndi marşrutu üzrə humanitar yük daşıyan daha bir karvanı müşayiət ediblər.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident