Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil.
BUTA.TV xəbər verir ki, bunu Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı əvvəlki səsləndirdiyim təkliflərim nəzərə alınmayıb”, - o əlavə edib.
O qeyd edib ki, ali təhsil qarşısında duran ciddi problemlərin həlli qanun layihəsində kənarda qalıb:
“İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Çünki bu, əsas məsələdir. Ali təhsilin gözləntilərini özümüzə və cəmiyyətimizə bəyan etməliyik”.
Onun sözlərinə görə, qanun layihəsində ali təhsilin məqsədi ilə bağlı hissə yoxdur:
“Bilirik ki, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm və təhsilin vəhdət təşkil etməsi ilə bağlı dəyişiklik qanun layihəsində öz əksini tapmayıb. “Müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi aidiyyəti dövlət qurumu” ifadəsi ali təhsil məsələsində çox təhlükəlidir. Ali təhsillə bağlı məsələlərə qanunvericilik formasında aydınlıq gətirilməlidir. Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil. Çünki hər məmurun baxışı fərqlidir”.
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi