Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanları problemdir. Amma ali təhsil müəssisəsinə qəbulda problem yoxdur. Hər kəs öz istəyinə yox, biliyi, bacarığı və savadına uyğun ixtisaslara qəbul ola bilir.
Bu sözləri BUTA.TV-a elm və təhsil naziri Emin Əmrullayevin ölkəmizdəki ali təhsil müəssisələrinə qəbul sistemində problem olmasıyla bağlı fikirlərinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, bizim ali təhsil müəssisələrinin qəbul plan yerləri dövlətin istədiyi bilik və bacarıqlı şəxslərə uyğun şəkildə müəyyənləşir:
“Hörmətli Emin Əmrullayevin “Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. 95 faiz halda abituriyentlər belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur” fikri heç bir fakta əsaslanmır. Çünki 15 ixtisası abituriyent topladığı bala və arzusuna uyğun yazır. Statistikalara nəzər salsaq, görərik ki, tibb ixtisasının ödənişlisinə abituriyentlər 585, ödənişsizinə isə 610 balla qəbul olublar. Eyni ixtisasın ingilis dilində tədrisin balı isə 672 olub. Sizcə, 672 bal toplayan bunu istəmir? Halbuki, əczaçılığa pulsuz qəbul balı 547, tibb bacısının isə 512-dir. Ancaq həmin şəxslər 585, 672 balla ödənişli oxumağı seçir. Müəyyən ixtisaslar (tibb, hüquq kimi) var ki, ora həqiqətən bilikli insanlar lazımdır.
Azərbaycan Dillər Universiteti dövlət universiteti olsa da, regionşünaslıq ixtisasına 158 balla qəbul olanlar var. Həmçinin, Bakı Slavyan Universitetinə regionşünaslıq ixtisasına sabahın diplomatı 165 balla, tərcüməyə isə 200 balla daxil olur. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinə isə 190 balla pulsuza qəbul olur, həm də təqaüd alırlar. Bu halda problemimizin olduğunu necə deyə bilərik?
Ali təhsil müəssisələrimizin qəbul plan yerlərinin təhlilinə baxaq, 2010-cu ildə plan yerləri 29 min, 2022-ci ildə 51 min olub. Bu il isə 60 min olacaq. Ali təhsil müəssisəsinə qəbul bir yarışdır. Yarışa qoşulan hər kəs qəbul ola bilməz ki?!
Ali təhsil müəssisələrimizə qəbul imtahanları həqiqətən də çətindir. 16 yaşlı şəxs 6 müxtəlif fəndən imtahan verir. O akademik deyil ki?! Bakı Ali Neft Məktəbində bəzi ixtisaslar (kompüter mühəndisliyi, informasiya texnologiyaları) üzrə keçid balı 671-dir. Əgər həmin ixtisaslara keçid balı 150 olsa, qəbul olan şəxs orada oxuya biləcəkmi?
Bir sözlə, qəbulla bağlı problem var” ifadəsi ümumiyyətlə, məlumatsızlıqdan xəbər verir”.
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi