Son günlər İranın ölkəmizə qarşı təxribatları artmaqdadır. Bir neçə gün öncə Gəncənin İran şəhəri, Nizaminin fars şairi olması ilə bağlı İran rəsmilərinin açıqlamaları, Azərbaycan-İran sərhədində İran təyyarəsinin uçması bu fikri bir daha təsdiqləyir. Əvvəl də qeyd etdiyim kimi, bu təxribatlar bir müddət müxtəlif formalarda davam edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov qeyd edib.
C.Məmmədov bildirib ki, İranın Azərbaycanla bağlı müxtəlif plan və məqsədlərinin olması hamımıza məlumdur:
“Münasibətlər gərginləşməmişdən əvvəl də İranın rəsmi dairələri Azərbaycanla bağlı fikirlərini açıq bildirirdilər. Onların yanaşması belədir ki, tarixdə Azərbaycan adında dövlət olmayıb və nə vaxtsa yenidən İranın nəzarətinə keçəcək. Hazırda bütün təbliğat bu məsələnin üzərində qurulub. Hətta təbliğat o qədər güclü aparılır ki, sənəddə azərbaycanlı olan, ancaq düşüncəsi irançılıq ideologiyası ilə zəhərlənən bir sıra şəxslər buna dərindən inanıb. Onların düşüncəsinə görə, yaxın vaxtlarda Azərbaycanda “Kərimə dövləti” qurulacaq”.
Millət vəkili qeyd edib ki, İranın ölkəmizə qarşı təxribatlarının səbəblərindən biri bu gün Azərbaycanın müstəqil siyasət aparmasıdır:
“İran öz aləmində özünü bölgənin ağası hesab edir. Düşünür ki, bölgədə atılan hər bir addım onunla razılaşdırılmalıdır. Bu baxımdan Azərbaycanın İran və Ermənistanın sıx əməkdaşlığına qəti etirazı İran tərəfində ciddi qıcıq yaradır.
İranın Azərbaycanda istədiyi digər bir məsələ İsraillə əməkdaşlığa son qoyulmasıdır. İran İsrail məsələsi ilə həm İrandakı, həm də Azərbaycandakı təbliğatında ciddi manipulyasiya edir. Davamlı bu fikir yayır ki, guya Azərbaycanda İsrailin hərbi bazaları var və bunlar İran üçün ciddi təhdidlər yaradır. Əslində burada əsas məqsəd heç bir dövlətin əleyhinə yönəlməyən Azərbaycan-İsrail əlaqələrinin inkişafının qarşısını almaqdır. Azərbaycan dəfələrlə açıq şəkildə heç bir dövlətə onun ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcəyini bildirib. Ancaq İranın məqsədi başqa olduğu üçün Azərbaycanın bu açıqlamalarını qulaqardına vurur.
İranın əsassız arqumentlərinə gəldikdə isə bir daha bəyan edirik ki, Ermənistandan fərqli olaraq İsrail İranın torpaqlarını işğal etməyib. Həmçinin, İrandan fərqli olaraq Azərbaycan İsraillə İran əleyhinə birləşməyib.
Eyni zamanda, Azərbaycanın hüquq mühafizə orqanları həddən artıq ayıq-sayaq olmalı, operativ privintiv tədbirlər həyata keçirməli, dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Çünki qarşı tərəf davamlı olaraq çevik və situativ addımlar ataraq əməliyyat şəraitini öz xeyrinə dəyişməyə çalışır və bəzi hallarda buna nail ola bilir”.
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...