Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

13:15 - 24 Avqust 2026 - GÜNDƏM

 Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol