Azərbaycanda sudan istifadə üçün limitlər yarana bilər.
BUTA.TV xəbər verir ki, bunu "Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.
Ekspert ölkəmizdə ən quraq regionların Mərkəzi Aran, Naxçıvan və Abşeron olduğunu söyləyib:
"Həmin ərazilərin davamlı su ilə təminatına ehtiyac var. Azərbaycanın su ehtiyatlarının əksər hissəsi xarici ölkələrin ərazisində formalaşır. Su təchizatında buna görə problemlər yaşanır".
R.Abbasov vurğulayıb ki, artıq bu gedişlə sudan istifadə üçün limitlər yarana bilər:
"Hər kəs istədiyi yerdə su mühərriki qoyub çaydan su götürə bilməz. Çaylardan götürüləcək suyun miqdarını azaltmaq üçün müxtəlif müasir texnologiyalardan istifadə edilməlidir".
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...