Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri ətrafında həlak olan azərbaycanlı hərbçi İlkin Hacızadənin nəşinin Azərbaycana göndərilməsi qərara alınıb.
BUTA.TV-ın məlumatına görə, Ukraynanın Vinnitsa vilayəti Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərov Report-a bildirib ki, azərbaycanlı hərbçinin nəşi bu gün Moldova vasitəsilə ilə Azərbaycanın Ucar rayonuna göndərilir.
Hərbçinin nəşinin göndərilməsini Moldovadan Əliş Səfərov və Vinnitsanın azərbaycanlı deputatı Teymur Abuşov təşkil edib.
Əliş Səfərov bildirib ki, azərbaycanlı hərbçi Ucarda dəfn olunacaq.
Qeyd edək ki, Ukraynanın Azərbaycan əsilli hərbçisinin atası Hacı Hacızadə Birinci Qarabağ müharibəsində döyüşərək şəhid olub. İlkin Hacızadə isə uzun müddətdir Ukraynanın Vinnitsa vilayətində yaşayıb və Ukraynada müharibənin ilk günündən döyüşlərə qatılıb.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...