Əgər Su-27 ABŞ PUA-sını vurmaq istəsəydi... - Başbuğ

13:38 - 15 Mart 2023 - GÜNDƏM

 Əgər Su-27 ABŞ PUA-sını vurmaq istəsəydi... - Başbuğ

ABŞ və Rusiya arasında Qara dənizdə toqquşmanın baş verəcəyi mümkün görünmür. Çünki ABŞ hazırda qeyri-nizami hərblə məşğul deyil. Biz müharibəni əsasən Ukrayna və Rusiya üzərindən oxumağa çalışırıq. Amma əslində bu Vaşinqton ilə Moskva arasında müharibədir.

Bu sözləri BUTA.TV-a açıqlamasında Qara dənizdə ABŞ PUA-sə ilə Rusiya qırıcısının toqquşması və bunun nəticələri haqda danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Başbuğ ABŞ PUA-sının ərazidə Ukrayna üçün məlumat toplama ehtimalının böyük olduğunu bildirib:

“Əvvəl də dediyimiz kimi, əgər ABŞ-ın liderlik etdiyi Qərb koalisiyasının köməyi olmasaydı, Ukrayna öz gücü ilə Rusiyanın qarşısında bu qədər dayana bilməzdi. Yardım isə yalnız silah və sursatın verilməsi ilə məhdudlaşmır. Vaşinqton Kiyevə həm də vacib hərbi kəşfiyyat məlumatlarının ötürülməsində iştirak edir. Dünən hadisənin Krım yarımadasına yaxın ərazidə baş verməsi də deyilənləri təsdiqləyir. Yarımadada Rusiyanın hərbi donanması var. Toqquşma məsələsinə gəldikdə isə deyə bilərəm ki, əgər Rusiya bunu istəsəydi, Su-27 qırıcısı MQ-9 PUA-sını çox rahat şəkildə vura bilərdi. ABŞ da PUA-nın üzərinə havadan yanacaq tökülməsi və arxadan pərə toxunma ilə yararsız hala salındığını bildirib. Fikrimcə, Rusiya bununla ABŞ-a onu gördüyünü göstərib və gərginliyi daha da artırmaması üçün mesaj verib”.

Qeyd edək ki, dünən Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol