Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində casusluq edən xarici ölkə vətəndaşı Məhəmməd Nəcəf oğlu Qaedini həbs edib.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, adı çəkilən əcnəbi casus İran vətəndaşıdır. O, uzun müddətdir ki, aktiv olmayan Feysbuk səhifəsində İranın Tehran şəhərinin Niavəran rayonundan olduğunu qeyd edib. Məhəmməd Qaedinin Feysbuk dostlarının əksəriyyətinin azərbaycanlılar olması da diqqət çəkib. Paylaşdığı fotoların birində isə məşhur Azərbaycan şairi Şəhriyarın portreti ilə yanaşı dayanıb.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Məhəmməd Qaedi tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanılmış çoxsaylı sübutlar əsasında onun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.
Məhəmməd Qaedi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə araşdırmalar davam edir.
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video